Logo

Məktəblilərarası fənn müsabiqələrinə qeydiyyat başlanıb

11.04.2023 21:40 556 baxış
IMG

Aprelin 11-dən etibarən məktəblilərarası fənn müsabiqələrində iştirak üçün elektron qeydiyyat prosesinə start verilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, fənn müsabiqələrində iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və Olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Qeydiyyat prosesi aprelin 21-dək davam edəcək.

Qeyd edək ki, müsabiqə aprelin 30-da ümumtəhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında keçiriləcək. Fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri isə fizika, kimya və biologiya fənləri üzrə iştirak edə bilərlər.

Xəbər lenti