SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bp şirkətində təşkil olunan təlimdə iştirak ediblər.
BANM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə bp-də çalışan mühəndislər tələbələrə şirkətdə iş, təcrübə imkanları barədə məlumat verib, həmçinin texniki və qeyri-texniki sahədə təlimlər keçiblər. Təlim mühəndislərlə tələbələr arasında sual-cavab və fikir mübadiləsi ilə davam edib.
Təlimə BANM-in Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasının 10 tələbəsi qatılıb.


