Logo

Hibrid enerji sistemlərinin ağıllı nəqliyyat texnologiyasına tətbiqinə dair elmi seminar olub

11.04.2023 19:15 255 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının elmi seminarı keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda kafedranın III kurs doktorantı Orxan Güləhmədov “Triboelektrik nanogeneratorlar əsasında hibrid formalı enerji sistemlərinin ağıllı nəqliyyat texnologiyasına tətbiqi” mövzusunda çıxış edib.

Məruzəçi triboelektrik nanogeneratorların (TENG) fiziki əsasları, səthi strukturların TENG-in çıxış parametrlərinə təsiri, belə sistemlərin enerji generasiya edən sistem və öz-özünü enerji ilə təmin edə bilən sensor kimi tətbiqi barədə məlumat verib. O, eyni zamanda TENG-lərin ağıllı nəqliyyat texnologiyalarına tətbiqi və hibrid formalı enerji sistemlərinin yaradılmasının magistral yollarda olan bir çox elektronik sistemlər üçün enerji mənbəyi və sensor kimi istifadəsinin aktuallığı barəsində aparılmış elmi-tədqiqat işlərinin nəticələrini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti