Logo

BSU-da Balkanşünaslıq kafedrası açılır - FOTO

11.04.2023 18:43 501 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının 10 aprel 2023-cü il tarixli iclasında universitetdə yeni kafedra - Balkanşünaslıq kafedrasının açılması ilə bağlı məsələ müzakirə olunub.

BSU-dan "Tehsil.biz"ə verilən məlumata görə, rektor Anar Nağıyev bildirib ki, BSU beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə yüksəkixtisaslı kadrların hazırlanması, müvafiq regionlar üzrə peşəkar mütəxəssislərin yetişdirilməsi məqsədilə Şərqi və Mərkəzi Slavyan ölkələri ilə yanaşı, Balkan ölkələri üzrə ixtisaslı kadrların hazrlanmasını həyata keçirən unikal ali təhsil müəssisəsidir. Buna görə də Humanitar və sosial elmlər fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların bazasından istifadə etməklə, Balkanşünaslıq kafedrasının açılması qərara alınıb. BSU-da Balkan yarımadasını əhatə edən dövlətlərin, həmçinin yunan, türk, bolqar, çex, polyak və digər dillərin tədris olunduğunu deyən rektor qeyd edib ki, kafedranın dərs yükünün bu istiqamətdə yeni gənc mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların BSU-da bu ixtisaslar üzrə tədris prosesinə cəlb olunmasına imkan yaradacaq. “Əminəm ki, bu bizə gələcəkdə daha böyük regionu öyrənməyə imkan verəcək. Məqsəd sadəcə regionu öyrənmək deyil, həm də hazırladığımız kadrların geniş imkanlara sahib olmasıdır”-deyə, Anar Nağıyev qeyd edib.

Xəbər lenti