Logo

Lütfi Zadə adına məntiq olimpiadası üçün qeydiyyata start verilir

11.04.2023 16:03 1000 baxış
IMG

Aprelin 11-dən Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Məntiq olimpiadasında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/  platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. 

Qeydiyyat prosesi 21 aprel 2023-cü il tarixinədək davam edəcək.

Qeyd edək ki, olimpiada 30 aprel 2023-cü il tarixində ümumi təhsil müəssisələrinin V sinif şagirdləri arasında keçiriləcək.

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə bağlı problemin ətraflı təsvirini yazmaqla +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.

Xəbər lenti