Logo

İbtidai sinif müəllimlərinin I forumu keçiriləcək

11.04.2023 15:37 425 baxış
IMG

Aprelin 15-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən ibtidai sinif müəllimlərinin I forumu keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, onlayn forumda Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova müəllimləri “Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında metodika və pedaqogika üzrə qiymətləndirmə” mövzusu barədə məlumatlandıracaq.

Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.

Xəbər lenti