Logo

DOST Agentliyinin nümayəndə heyəti BDU tələbələri ilə görüşüb - FOTO

10.04.2023 12:45 497 baxış
IMG

DOST Agentliyinin nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının əməkdaşları, doktorant, magistrant və Sosial iş ixtisasında təhsil alan tələbələri ilə görüş keçirib.

BDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, görüş tərəflər arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı çərçivəsində baş tutub.

Görüşdə DOST Agentliyinin Hüquq departamentinin müdiri Azər Rəhimov, DOST Xidmətləri departamentinin müdiri Aygün Musayeva, İnsan resurslarının idarə edilməsi departamentinin mudiri Leyla Hüseynova, BDU-nun Sosial elmlər və psixologiya fakultəsinin dekanı, dosent Rövşən Cavadov, Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev əməkdaşlığın istiqamətləri barədə çıxış ediblər.

Sonra tədbir iştirakçıları DOST Mərkəzinin fəaliyyəti, strategiyası, uğur hekayələri ilə bağlı təqdimatla tanış olublar.  

Görüş qarşılıqlı fikir mübadiləsi və auditoriyanın suallarının cavablandırılması ilə davam edib.

Xəbər lenti