Logo

DİM: "Bu gündən etibarən imtahan protokollarının emalına başlanılır"

09.04.2023 18:25 570 baxış
IMG

Bu gündən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Xəbər lenti