Logo

"Baker Hughes” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində təlim keçiblər - FOTO

09.04.2023 16:14 411 baxış
IMG

“Baker Hughes” şirkətinin nümayəndələri SOCAR-ın Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüblər.

Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.

Onlar tələbələrə təmsil etdikləri şirkət, bu şirkətin dünyada və Azərbaycanda fəaliyyəti barədə geniş məlumat verib, həmçinin şirkətdə çalışmaq üçün müraciət qaydalarından bəhs ediblər.

Şirkət nümayəndələri bildiriblər ki, Bakı Ali Neft Məktəbinin bir neçə məzunu “Baker Hughes” şirkətində müxtəlif vəzifələrdə uğurla fəaliyyət göstərir.

Yekunda tələbələr şirkət rəsmilərinə onları maraqlandıran sualları ünvanlayıblar.

Xəbər lenti