Logo

Məktəbin İnkişaf Planı çərçivəsində dərsdinləmələr təşkil edilib

08.04.2023 11:10 577 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi Məktəbin İnkişaf Planının (MİP) tətbiqi çərçivəsində məktəblərdə aparılan dərsdinləmələri davam etdirir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, aprelin 5-dən 7-dək paytaxtdakı 51 nömrəli tam orta məktəbdə müxtəlif fənlər üzrə 85 müəllimin dərsi müşahidə edilib. Dərsdinləmə prosesindən sonra müəllimlərə həm fərdi şəkildə konstruktiv rəy verilib, həm də dərslər zamanı müşahidə olunmuş bir sıra metodiki məsələlər pedaqoji heyətlə birlikdə müzakirə edilib. Müzakirələr zamanı müəllimlərə problemlərin aradan qaldırılması istiqamətində tövsiyələr verilib.

MİP tətbiq edilən bütün məktəblərdə dərsdinləmələrin davam etdirilməsi planlaşdırılır.

Xəbər lenti