Logo

AzTU-nun professoru beynəlxalq elmi-texniki konfransda çıxış edib

04.03.2021 17:52 742 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Bayram İbrahimov Moskva Rabitə və İnformatika Texniki Universitetində onlayn keçirilən “İnformasiya cəmiyyətinin texnologiyaları” adlı ikigünlük XV beynəlxalq elmi-texniki konfransda çıxış edib.

 

AzTU-dan bildirilib ki, konfransın plenar iclasında Bayram İbrahimovun “Kvant texnologiyasından istifadə etməklə optik-lifli rabitə xətlərinin effektivliyinin yüksəldilməsinin tədqiqi” mövzusunda məruzəsi dinlənilib.

 

Konfransda kafedranın digər professorları da iştirak ediblər.

Xəbər lenti