Logo

BDU Tərtərin 3 məktəbinə kompüter və kitablar hədiyyə etdi - FOTO

07.04.2023 17:50 522 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərinə kompüterlər hədiyyə edilib.

Tehsil.biz xəbər verir ki, kompüterlər “Bestcomp” şirkətinin dəstəyi ilə alınıb.

Bundan əlavə, adıçəkilən məktəblərə BDU Elmi Kitabxanasından 271 adda 500-dək kitab da hədiyyə olunub. Hədiyyə olunan kitablar arasında BDU-nun öz nəşrləri, o cümlədən ikicildlik “Azərbaycan tarixi” kitabı, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, Universitet alimlərinin fəaliyyətini əks etdirən nəşrlər, bədii, tarixi, elmi əsərlər də yer alıb.

Xəbər lenti