Xəbər verdiyimiz kimi, martın 5-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil.biz”ə verilən məlumata görə, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Arif Hacıyev göstərib.
Qeyd edək ki, həmin şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.