Logo

“Dövlət idarəçiliyi və dövlət qulluğu sistemləri“ mövzusunda təlim keçirilib

07.04.2023 16:45 241 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 6-7 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Audiovizual Şurasının əməkdaşları üçün “Dövlət idarəçiliyi və dövlət qulluğu sistemləri“ mövzusunda təlim keçirilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, təlim zamanı DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşları Lalə Qədirova, Elnur Abbasov və Pənah Mehdiyev tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri“, “Dövlətin əsasları (dövlətin quruluşu, dövlət hakimiyyəti, qanunvericilik sistemi)”, “Korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda iştirakçılar məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.

Qeyd edək ki, DİM mütəmadi olaraq dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti