Logo

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

04.03.2021 17:07 562 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişafın həyata keçirilməsinə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna 3500 manat məbləğində vəsait köçürüb.

 

Bu barədə UNEC-dən məlumat verilib.

 

“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılıb. Məqsəd işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.

Xəbər lenti