Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsi işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişafın həyata keçirilməsinə dəstək məqsədilə “Qarabağ Dirçəliş Fondu”na 9 min manat məbləğində vəsait köçürüb.
Bununla da BDU-nun “Qarabağ Dirçəliş Fondu”na köçürdüyü vəsait ümumilikdə 109 000 manat təşkil edib.
Qeyd edək ki, BDU ötən ay “Qarabağ Dirçəliş Fondu”na 100 000, YAŞAT fonduna 50 000 manat ianə edib.