Logo

AzTU-nun dekanı beynəlxalq elmi-texniki jurnalın redaksiya heyətinə üzv seçilib - FOTO

07.04.2023 13:13 332 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyev Rusiyanın “Электрические станции” adlı elmi-texniki jurnalının redaksiya heyətinə üzv seçilib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Qeyd olunub ki, ay ərzində nəşr olunan jurnalda elektrik stansiyalarının istehsal problemləri, eyni zamanda elektrik və istilik enerjilərinin istehsalı, ötürülməsi və paylanması zamanı yaranan bütün problemlər əks olunur. 

Rusiya Energetika Nazirliyinin həmtəsisçisi olduğu jurnalda dərc edilən məqalələrdən seçmələr “Scopus” bazasına daxil olunur.

Xəbər lenti