Logo

Rusiya “MGIMO” tələbə qəbulu elan edir

07.04.2023 11:18 254 baxış
IMG

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 6–14 aprel 2023-cü il tarixlərində tələb olunan sənədləri [email protected]  elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.

 Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.

Xəbər lenti