Logo

"Məktəblinin dostu" məktəb-liseydə baş verən zəhərlənmə ilə bağlı məlumat yayıb

06.04.2023 21:30 614 baxış
IMG

"Məktəblinin dostu" bu gün Bakı şəhər 20 nömrəli məktəb-liseyin şagirdləri arasında qidadan kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Tehsil.biz xəbər verir ki, bu barədə layihənin feysbuk hesabında paylaşılıb.

"Məktəblinin dostu" layihəsinin əməkdaşı Bahar İsmayılova 2-ci mərtəbədə dəhlizdə nəzarət zamanı 4 şagirdin vəziyyətinin yaxşı olmadığını və sinif rəhbərinin müdaxilə etdiyini görüb. Şagirdlərə yaxınlaşaraq müəllimlə birgə şagirdləri tibb otağına aparıblar. Daha sonra tibb bacısı ilə birgə vəziyyəti pisləşən digər sinif şagirdlərinə də ilk tibbi yardım göstəriblər. 

Əməkdaşımız Seyidhəşim Həşimli şagirdlərin vəziyyətinin pisləşdiyini görərək dərhal təcili tibbi yardım xidmətinə zəng edib. Şagirdlər barəsində məktəb rəhbərliyinə məlumat verilib. 

Daha sonra şagirdlər Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına aparılıb. Əməkdaşımız Seyidhəşim Həşimli də şagirdlərlə birgə xəstəxanaya gedib. Şagirdlərdən 5-i xəstəxanadan evə yola salınıb. Bir şagird bu gecəlik xəstəxanada saxlanılıb. Digər şagirdlər gedənə qədər əməkdaşımız onun yanında qalıb. 

Dəstəyə görə əməkdaşlarımıza minnətdarlığımızı bildiririk. Əziz şagirdlərimizə Allahdan şəfa diləyirik!" - məlumatda bildirilib.

Xəbər lenti