Logo

UFAZ “Technip Energies” şirkəti ilə əməkdaşlığı genişləndirir

06.04.2023 16:03 397 baxış
IMG

Azərbaycan-Fransız Universitetində (UFAZ) “Technip Energies” şirkətinin Baş vitse-prezidenti və idarə heyətinin üzvü Şarl Sesso, biznesin inkişafı üzrə vitse-prezidenti Luici Fiorentino, maliyyə direktoru Toni Kchok, Azərbaycan nümayəndəliyinin rəhbəri Gianluka Florio ilə görüş olub.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Görüşdə qonaqlara UFAZ və universitetdə tədrisin təşkili barədə məlumat verilib.

UFAZ ilə “Technip Energies” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Azərbaycan-Fransız Universitetində “Technip Energies” şirkəti tərəfindən UFAZ, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələri üçün təşkil edilən “Master Technology Transfer Program 2023” adlı 8 həftəlik təlimlər sessiyasının iştirakçıları ilə görüşüblər.

Şarl Sesso sessiyanın dinləyiciləri qarşısında təqdimatla çıxış edib.

Xəbər lenti