Logo

Azərbaycanlı pianoçu Nyu-Yorkdakı konsertinin bütün gəlirini Türkiyəyə göndərib

06.04.2023 14:08 357 baxış
IMG

ABŞ-nin Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” konsert mərkəzində Azərbaycanın əməkdar artisti, professor, tanınmış pianoçu Nərgiz Əliyarovanın solo konserti olub.

"Tehsil.biz"in məlumatına görə, Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri olan Nərgiz Əliyarova konsertdə Volfhanq Amadey Motsart, Frederik Şopen, Sergey Raxmaninov və Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin əsərlərini ifa edib.

Qeyd edək ki, azərbaycanlı musiqiçinin xeyriyyə xarakterli konsertinə iki gün qalmış bütün biletlər satılıb. Bilet satışından əldə olunan bütün gəlir 6 fevral 2023-cü il tarixində Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə müvafiq yardım fonduna köçürülüb.

Xəbər lenti