Logo

Rumıniyada 2021-2022-ci tədris ili üzrə HTP çərçivəsində təhsil

04.03.2021 15:20 607 baxış
IMG

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. 

 

Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

 

Təqaüd proqramına müraciət üçün son tarix 05 aprel 2021-ci il nəzərdə tutulub.

 

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Xəbər lenti