Logo

“Peşə təhsilində keyfiyyət təminatı və qabaqcıl təcrübələr” mövzusunda seminar keçirilib - FOTO

06.04.2023 10:38 477 baxış
IMG

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in icra etdiyi və benefisiarı Peşə Təhsili üzrə Dövlət Agentliyi olan “Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi“ layihəsi çərçivəsində seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Tədbirin mövzusu “Peşə təhsilində keyfiyyət təminatı və qabaqcıl təcrübələr” olub.

Seminarın əsas məqsədi Azərbaycanda peşə təhsilində keyfiyyət təminatı sisteminin təhlili üzrə qiymətləndirmə hesabatını təqdim etmək, keyfiyyət təminatı, metodologiya və peşə təhsilində qabaqcıl beynəlxalq təcrübələri, institusional və müəssisə səviyyəsində keyfiyyət təminatının təkmilləşdirilməsi üçün mümkün gələcək addımları müzakirə etmək olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən, direktor müavini Ceyhun Kərəmov açılış nitqi edərək peşə təhsilində daxili keyfiyyət təminatı haqqında məlumat verib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin layihə meneceri Rza Zülfüqarzadə isə öz nitqində Avropa İttifaqının Azərbaycanda peşə təhsilinə və keyfiyyət təminatına dəstəyi haqqında məlumat verib..

Layihənin komandası tərəfindən layihənin məqsədləri və fəaliyyət planı haqqında məlumatlar iştirakçıların nəzərinə çatdırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin keyfiyyət təminatı çərçivəsini və peşə təhsilində kredit transferi sistemini inkişaf etdirməklə peşə təhsili və təliminin keyfiyyətini artıraraq Azərbaycanda insan kapitalının gücləndirilməsinə kömək etməkdir.

Xəbər lenti