Logo

BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konfrans keçirəcək

06.04.2023 10:27 296 baxış
IMG

Aprelin 7-də Bakı Dövlət Universitetinin (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Konfransdan əvvəl Tərtər şəhəri 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərdə BDU-nun professor, müəllim heyəti tərəfindən Ulu Öndər Heydər Əliyev irsinə həsr olunmuş mühazirələr deyiləcək. Ümummilli Liderin Tərtər şəhərindəki abidəsi, Şəhidlər xiyabanı ziyarət ediləcək, Ulu Öndərə həsr olunmuş sərgiyə baxış keçiriləcək. Sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans işinə başlayacaq.

Konfransdan sonra Tərtər Gənclər Evində rayon gəncləri ilə görüş olacaq.

Xəbər lenti