Logo

UNESCO kafedraları ilə əlaqədar məlumat sessiyası keçirilib

06.04.2023 09:35 415 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 20-dən çox ali təhsil müəssisəsinin nümayəndələri üçün UNESCO kafedraları ilə əlaqədar onlayn məlumat sessiyası keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, məlumat sessiyasında Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev iştirak edib.

Görüşdə səfir Elman Abdullayev iştirakçılara UNESCO kafedralarının fəaliyyəti, müraciət forması və qaydası, UNITWIN şəbəkəsinin əhəmiyyəti haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Xəbər lenti