Logo

BSU-nun nümayəndə heyəti Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində - FOTO

05.04.2023 18:34 542 baxış
IMG

Aprelin 4-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasına səfər çərçivəsində Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində olub.

Bu barədə "Tebsil.biz"ə BSU-dan məlumat verilib.

BSU-nun rektoru Anar Nağıyev və Veliko Tırnovo Universitetinin rektoru, professor Xristo Bonjolov konfrans zalında keçirilən  görüş zamanı tələbə və müəllim mübadiləsi,  birgə elmi layihələrin həyata keçirilməsi, universitetlər arasında təhsilin bütün istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bildiriblər. Sonra rektorlar iki universitet arasında gələcək əməkdaşlığa dair müqavilə imzalayıblar. Professor Xristo Bonjolov BSU ilə əməkdaşlığın tələbələrin Azərbaycana marağının artmasına səbəb olduğunu, əlaqələrin bundan sonrakı inkişafının hər iki tərəf üçün əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Rektor Anar Nağıyev çıxışında bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Veliko Tırnovo Universitetinin fəxri doktoru olması, həmçinin Azərbaycanın dilbər guşəsi Şuşa şəhəri Veliko Tırnovo ilə qardaşlaşmış şəhər olması kimi amillər də bizi daha da doğmalaşdırır. Anar Nağıyev partnyor universitetlə imzalanmış müqaviləyə uyğun olaraq  universitetlər arasında tələbə  və müəllim mübadiləsini dəstəklənəciyini diqqətə çatdırıb. Rektor BSU-da bolqarıstanşünaslıq  ixtisası və bolqaristika üzrə tədrisin  inkişaf etdirlməsində   Veliko Tırnovo Universitetinin rolunun daha da artacağına inamını ifadə edib.

Daha  sonra BSU-nun nümayəndə heyəti şəhərdəki Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Trapezitsa tarix-memarlıq qoruğu ilə də tanış olublar.

 

Xəbər lenti