Logo

"Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

05.04.2023 12:54 359 baxış
IMG

Mayın 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, konfransda “Universitetlərdə təhsilin yeni maliyyələşmə modeli”, “Ali təhsil sistemində yeni idarəetmə modeli”, “Sahibkar universitet və rəqəmsal təhsil modelinin tətbiqi”, “Yüksəkkeyfiyyətli və beynəlmiləl ali təhsil mərkəzinə keçid” mövzuları müzakirə olunacaq.

Tədbirdə ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti və tədqiqatçılar iştirak edə bilər. Konfrans materialları kitab şəklində çap olunacaq.

Məqalələr aprelin 15-dək [email protected] e-ünvanına göndərilməlidir.

Xəbər lenti