Logo

Macarıstanın Mişkolc Universitetinin nümayəndəsi BANM-də - FOTO

05.04.2023 10:02 470 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Macarıstanın Mişkolc Universitetinin Geoloji Kəşfiyyat İnstitutunun rəhbəri Ferenk Madai ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə qonaq kampus ilə tanış olub, ona Ali Məktəb haqqında məlumat verilib.  

Görüşdə BANM-in Mühəndislik fakültəsinin dekani Sevda Zərgərova, Neft-qaz mühəndisliyi kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən, dosent Qəşəm Zeynalov və proqram meneceri Humay Azayeva iştirak ediblər.

Görüşdə hər iki ali məktəb arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Mişkolc Universitetinin Geoloji Kəşfiyyat İnstitutu haqqıda məlumat verən Ferenk Madai bildirib ki, geomühəndislik, mexanika mühəndisliyi sahələrində gələcəkdə birgə layihələr və #mübadilə proqramlarının təşkil olunmasında maraqlıdırlar. Ferenk Madai və BANM nümayəndələri arasında həmçinin əməkdaşlar, müəllim və tələbə heyəti üçün Erasmus+ proqramı çərçivəsində mübadilələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti