Logo

BDU tələbələri üçün növbəti “ARB 24 NewsLab" təlim proqramı başlayıb

04.04.2023 19:26 448 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti "ARB 24 NewsLab" təlim proqramı başlayıb.

Tehsil.biz xəbər verir ki, proqram 3 ay davam edəcək.

Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunacaqlar. BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə hazırlanan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir.

Təlimin ilk günü BDU-da keçirilib. “ARB 24 TV”nin direktoru Radik Ismayılov həm layihə iştirakçılarına, həm də Jurnalistika fakültəsinin III kurs tələbələrinə təlim keçib.

Tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikat veriləcək və onların yarısı "ARB 24"də işlə təmin olunacaq.

Qeyd edək ki, bu, Bakı Dövlət Universiteti və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşan ikinci təlim proqramıdır. Birinci təlim proqramını uğurla başa vuran 4 namizəd 2022-ci il oktyabrından rəsmi şəkildə işə götürülüb və hazırda onlar “ARB 24”də fəaliyyətlərini davam etdirirlər.

Xəbər lenti