Logo

ADNSU ilə KOBSKA arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

04.04.2023 17:02 534 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə KOB Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, imza mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, həmçinin KOB Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova və digər nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mustafa Babanlı bu kimi əməkdaşlığın ali təhsil müəssisəsində təhsil alan tələbələr və məzunlar üçün yeni imkanlara yol açdığını bildirib. Görülən işlər, startap layihələrinin mövcud vəziyyəti və yeniliklərdən danışıb. Rektor M.Babanlı həmçinin biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsinin universitetdə prioritet olduğunu qeyd edərək tələbələrin təkmilləşdirilməkdə olan startap layihələrinin biznes mühitə çıxarılmasına dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

ADNSU-da olmaqdan məmnunluğunu bildirən KOBSKA sədri Nigar Ələsgərova da öz növbəsində universitetlə birgə icra oluna biləcək layihələr haqqında məlumat verib. Eyni zamanda Universitet-sənaye əməkdaşlığının əhəmiyyətli bir sahə olduğunu nəzərə alaraq maraqlı tərəflər arasında əlaqələndirici rol oynayacaqlarını bildirib.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Xəbər lenti