Logo

BDU-nun SABAH qruplarının tələbələri infosessiyada olublar - FOTO

04.04.2023 12:14 514 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Biologiya müəllimliyi ixtisasının   III kurs tələbələri üçün Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda infosessiya təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Biologiya elmləri doktoru Asif Manafovun rəhbərliyi ilə keçirilən infosessiya zamanı İnstitutun baş direktoru, akademik İradə Hüseynova tələbələrə təhsil zamanı qazandıqları biliklərin praktikada tətbiqinin zəruriliyi və gələcək elmi fəaliyyətləri üçün əhəmiyyətindən bəhs edib. Tələbələr Genomun quruluşu və ekspressiyası, Bioadaptasiya, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Bitki biotexnologiyası, Xloroplastların fotokimyası, Bioinformatika, Proteomiks laboratoriyaları ilə tanış olublar.

AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Şahniyar Bayramov, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları Nərgiz Sultanova, Zərifə Süleymanova, Səadət Xudaverdiyeva, Taliyə Orucova, Mayaxanım Xanışova, Aynurə Paşayeva laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, alınan nəticələr və nailiyyətlər barədə tələbələrə məlumat veriblər.

Qeyd edək ki, infosessiyanın məqsədi nəzəri biliklərin praktikada tətbiqinin genişləndirilməsidir.

Xəbər lenti