Logo

"9-cu sinif şagirdlərinin buraxılış imtahanına psixoloji hazırlığı” mövzusunda vebinar keçiriləcək

04.04.2023 12:00 357 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən "9-cu sinif şagirdlərinin buraxılış imtahanına psixoloji hazırlığı” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, vebinarda imtahana psixoloji hazırlığın vacibliyi, imtahan stresi, stresin həyatımıza təsiri və onunla mübarizə yolları barədə danışılacaq.

Vebinar 7 aprel saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e-psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.

Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.

Qeydiyyat linki: https://e-psixoloq.az/#banner

Xəbər lenti