Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşrləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialına təqdim olunub.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli universitetin Quba filialının Tədris və elmi işlər üzrə direktor müavini Mahmud İsmayılova kitabları təqdim edib.
Akademik İsa Həbibbəyli institutun nəşrlərindən 149 kitabın Quba filialına hədiyyə edildiyini bildirib.
