Bakı Dövlət Universitetinin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İsmayıl Əliyev Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 1 mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Fəxri Fərman”la təltif edilib.
Tehsil.biz xəbər verir ki, İsmayıl Əliyev mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyət göstərdiyinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası 2011-ci ildən fəaliyyət göstərir.