Logo

Qazaxıstanlı magistrantlar AzMİU-ya tədqiqat təcrübəsinə göndəriliblər

03.04.2023 17:08 402 baxış
IMG

Qazaxıstan Respublikasının Satbayev Universitetinin Bassenov adına Memarlıq və İnşaat Mühəndisliyi İnstitutunun 11 magistrantı tədqiqat aparmaq üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) ezam olunublar.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva qazaxıstanlı tələbələrlə görüşüb və onlara universitet haqqında geniş məlumat verib. Prorektor tələbələrə elmi işləri və tədqiqat prosesində təşkilati məsələlərlə bağlı tövsiyələrini də verib.

Qazaxıstanlı tələbələr beynəlxalq tədris proqramına əsasən, 30 mart–18 aprel tarixlərində Mühəndis sistemləri və qurğularının tikintisi kafedrası, Memarlıq layihələndirilməsi və şəhərsalma, Fövqəladə hallar və şəhər təhlükəsizliyi, İnşaat konstruksiyaları kafedralarında elmi tədqiqatlara cəlb olunacaqlar. Onlar bu müddətdə tədris prosesi ilə tanış olacaq, professor-müəllim heyətinin mühazirələrini dinləyəcək, müvafiq sahə üzrə araşdırmalar aparacaq, AzMİU-nun zəngin kitabxanasından yararlana və laboratoriyaların iş fəaliyyətini yaxından izləyə biləcəklər.

Tədqiqat təcrübəsinin məqsədi magistrantların elm və texnologiyanın son nailiyyətləri ilə tanış edilməsindən, tədqiqat işlərini təkmilləşdirməkdən, təcrübə mübadiləsi və elm sahəsində əlaqələrin genişləndirilməsindən ibarətdir.

Xəbər lenti