Logo

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçən tələbələrlə görüş olub - FOTO

03.04.2023 14:00 455 baxış
IMG

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev institutda tədris təcrübəsi keçən Bakı Dövlət Universitetinin Kimya fakültəsinin IV kurs tələbələri ilə görüşüb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, görüşdə akademik Dilqəm Tağıyev tələbələrin laboratoriyalardakı fəaliyyəti ilə maraqlanıb, bu tədris təcrübəsinin gələcəkdə onlar üçün vacib olduğunu nəzərə çatdırıb.

Tələbələrə uğurlar arzulayan akademik Dilqəm Tağıyev institutda tədris təcrübəsi keçdikləri üçün gənclərə sertifikatlar təqdim edib.

Xəbər lenti