Logo

Qiymətli kağızlar bazarında risklərin ölçülməsi metodlarına dair elmi seminar keçirilib

03.04.2023 13:16 332 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasında “Qiymətli kağızlar bazarında səhmlərin gəlirliliyinin və risklərin ölçülməsi metodları” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Kafedranın müəllimi Namiz Baxışov mövzu ilə bağlı məruzə edib.

Mərüzəçi maliyyə və qiymətli kağızlar bazarı haqqında ümumi məlumat verib. Məruzədə ölkədəki qiymətli kağızlar bazarının problemləri, inkişafı və perspektivləri, maliyyə bazarlarına təsir edən amillər, risklərin idarə edilməsi, valyuta məzənnəsinin sabitliyinin qorunması müzakirə edilib. Həmçinin səhmlərin gəlirliliyinin və risk dərəcəsinin ölçülməsinin metodları göstərilib, nəticələr təhlil edilib.

Elmi seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti