Logo

Fitrə zəkatının məbləği nə qədərdir? - RƏY+FOTO

03.04.2023 10:44 501 baxış
IMG

"Ramazanda yerinə yetirilməli əməllərdən biri də fitrə zəkatıdır".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 5-15 manat arası dəyişə bilər:

"Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız, daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var".

C.Məmmədov fitrə zəkatının ərzaqla və ya ərzağın dəyərində pulla verilməsi suallarına aydınlıq gətirib:

"Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzağın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə isə bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər".

Millət vəkili hesab edir ki, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər:

"Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız və kimsəsiz insanlara verilməlidir. Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir".

Mərcanə Əsədova

Xəbər lenti