Martın 3-dən 16-dək Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və “Gənc Sosial İşçilər”in təşkilatçılığı ilə “Sosial işçiSən” layihəsi həyata keçirilib.
Layihə müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən “Sosial iş və hüquq”, “Ailələrlə sosial iş”, “Fiziki və psixi pozuntuları olan şəxslərlə sosial iş”, “Sosial iş və tədqiqat” mövzuları üzrə xüsusi proqram tədris olunub.
Layihənin əsas məqsədi gənc sosial işçilər və sosial işə marağı olan gənclər arasında sosial iş, sosial işçinin fəaliyyəti və sosial işin peşə sahələri barədə məlumatlılıq səviyyəsini yüksəltmək, gənclər arasında sosial iş sahəsinin düzgün şəkildə təbliğini təmin etmək, savadlı sosial iş sahəsi üzrə mütəxəssislərin yetişməsinə dəstək olmaq idi. İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə nəzəri hissədən əlavə simulyasiya mərhələsi də təşkil olunub.
Təlimdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Sosial iş ixtisasının 4-cü kurs tələbəsi Namazzadə Rəvanə fəal iştirakına görə sertifikatla təltif olunub.

