Martın 31-də ADU-da Alman dili А2 və B1 səviyyəsində ECL Beynəlxalq imtahanı keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Qeyd olunub ki, növbəti imtahan iyun ayında keçiriləcək.
Qeydiyyatdan keçmək istəyən şəxslər Şəxsiyyət vəsiqəsi ilə 3 may 2023-cü il saat 15:00-dək ADU-nun 4-cü mərtəbəsində yerləşən Qrantlar və layihələr şöbəsinə yaxınlaşa bilərlər.
İmtahanlar Azərbaycan Dillər Universitetinin bazasında Təhsil 2 fakültəsi nəzdində, Xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi dos. Aida Sobor və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.
Qeyd edək ki, imtahandan uğurla keçən şəxslər Beynəlxalq sertifikatlarla təltif olunacaqlar.