Logo

Muzey əməkdaşı Mart soyqırımı ilə bağlı məktəblilərə mühazirə deyib

01.04.2023 21:03 487 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı 7 nömrəli tam orta məktəbdə “Tariximizin qanlı səhifəsi – 1918-ci il mart soyqırımı” mövzusunda mühazirə deyib.

Tehsil.biz xəbər verir ki, bu barədə muzeydən bildirilib.

Q.Qafarlı ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri dəhşətli soyqırımları barədə şagirdlərə məlumat verib. O, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa bölgələrdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının səbəblərindən danışıb.

Bildirilib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilib, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Tədbirdə erməni vəhşiliklərini əks etdirən fotoslayd nümayiş olunub.

Xəbər lenti