Logo

Təhsil İnstitutu təcrübəçi tələbələr üçün təlim və seminarlara başlayıb

01.04.2023 13:53 481 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi təcrübəçi tələbələr üçün təlim və seminarlara başlayıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, ilk təlim “Soft Skills” modulu üzrə “Effektiv ünsiyyət” mövzusunda olub. Təlimdə kommunikasiya növləri, ünsiyyət zonası, effektiv kommunikasiyaya mane ola biləcək müxtəlif səbəblər barədə geniş müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, Təhsil İnstitutunda təcrübə keçən tələbələrin şəxsi inkişafına dəstək məqsədilə keçirilən təlim və seminarların mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti