Logo

Ceyhun Məmmədov: "Oruc tutan şəxs insanlarla mübahisə etməkdən çəkinməlidir"

01.04.2023 11:15 379 baxış
IMG

"Oruc tutan şəxs insanlarla mübahisə etməkdən və dalaşmaqdan çəkinməlidir".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

"Bu anlamda özündə Ramazanla bağlı bir çox mühüm məsələləri ehtiva edən Məhəmməd Peyğəmbərin (s) bu hədisini diqqətlə oxumağı və əməl etməyi hər kəsə tövsiyə edirəm: "Oruc bir qalxandır. Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya onu söysə, iki dəfə: "Mən oruc tutmuşam" - desin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah buyurur:) "O mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir." Odur ki, çalışaq hər zaman  insanlarla mübahisə etməkdən və dalaşmaqdan uzaq olaq", - deyə deputat qeyd edib.

Xəbər lenti