Logo

BSU-da 31 mart Soyqırımı ilə bağlı tədbir keçirilib - FOTO

31.03.2023 23:53 352 baxış
IMG

Martın 31-də Bakı Slavyan Univeristetində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

BSU-dan "Tehsil.biz"ə verilən məlumata görə, tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev çıxışında ermənilərin xalqımıza qarşı törətdikləri 31 mart soyqırımının 105-ci ildönümünün qeyd olunduğunu bildirib. Rektor 31 Mart hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyevin bu günün Azərbaycan tarixində xüsusi yaddaşda qalması üçün müvafiq sərəncam və fərmanlar verdiyini diqqətə çatdırıb. O, Azərbaycan vətəndaşı olaraq xalqımızın başına gələn məsələlərdən nəticə çıxarmağın əsas vəzifələrindən biri olduğunu deyib. “Artıq 3 ildir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qələbəni təmin etməsi nəticəsində biz xoşbəxt yaşayırıq”- deyə, rektor bildirib.

Anar Nağıyev tariximizə qızıl hərflərlə yazılmış günlərlə yanaşı, xalqımıza qarşı törədilən cinayətlərin daim yadda saxlanmalı olduğunun vacibliyini vurğulayıb.

Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov 1918-ci il 31 mart-3 aprel və sonrakı dönəmdə erməni daşnaklarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında tarixi faktlar əsasında geniş məlumat verib.

Tədbirdə, həmçinin, Azərbaycan Dövlət Televiziyasının 31 Mart Soyqırımına həsr olunmuş “Tarixin izi ilə” filmi nümayiş olunub.

Xəbər lenti