Logo

Məktəbdənkənar təhsil müəssisələrində Soyqırımı Günü tədbirləri keçirilib - FOTO

31.03.2023 23:16 269 baxış
IMG

Məktəbdənkənar təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

Elm cə Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, Uşaq-gənclər inkişaf mərkəzlərində “Tarixin izi ilə”, “Tarixi həqiqətlər unudulmamalı, öyrənilməlidir”, “Soyqırımının acı xatirələri”, “Mart soyqırımını unutmadıq” adlı ədəbi-bədii kompozisiyalar, "dəyirmi masa"lar, “açıq dərs”lər keçirilib, əl işləri və rəsmlərdən ibarət sərgilər təşkil olunub, həmçinin sənədli filmlərə baxış keçirilib.

Tədbirlər zamanı uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər də səslənib.

Tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən cinayətlər barədə onlara ətraflı məlumat vermək, eləcə də soyqırımında həlak olanların xatirəsini ehtiramla yad etməkdən ibarətdir.

Xəbər lenti