Logo

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

31.03.2023 21:29 165 baxış
IMG

Dövlət İmtahan Mərkəzində 31 mart 2023-cü il tarixində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, coğrafiya fənni üzrə gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 7-ci sinif “Coğrafiya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının təkmilləşdirilməsi olub.

Riyaziyyat fənni üzrə isə 7 iyul 2022-сi il tarixində keçirilmiş qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb.Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

7 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

Xəbər lenti