Logo

Təhsil İnstitutu məktəblərə metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir

31.03.2023 15:12 256 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi məktəb əsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Bakıdakı Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə dərsdinləmələr təşkil edilib. Dərsdinləmə prosesindən sonra müəllimlərə həm fərdi şəkildə konstruktiv rəy verilib, həm də dərslər zamanı müşahidə olunmuş bir sıra metodiki məsələlər pedaqoji heyətlə birlikdə müzakirə edilib və onlara bu istiqamətdə tövsiyələr verilib.

Müzakirələr zamanı müəllimlərdə izlənilən inkişaf dinamikası vurğulanıb, həmçinin məktəb kollektivinin sualları cavablandırılıb.

Qeyd edək ki, Məktəbin İnkişaf Planı çərçivəsində 75 nömrəli tam orta məktəbdə müəyyən edilən təlim ehtiyaclarına uyğun olaraq mütəmadi metodik görüşlər keçirilir.

Xəbər lenti