Logo

"Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı əksər işlər başa çatıb - FOTO

30.03.2023 22:52 212 baxış
IMG

Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması üzrə Redaksiya heyəti və işçi qruplarının növbəti toplantısında kitabın yekun variantı ilə bağlı bəzi razılaşdırmaların aparılması üzrə müzakirələr aparılıb.

Bu barədə "Tehsil.biz"ə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

“Qırmızı kitab”ın Redaksiya heyətinin sədr müavini, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Qırmızı kitab”ın hazırlanması ilə bağlı əksər işlərin başa çatdırıldığını bildirərək görülmüş işlərin böyük həcminə diqqət çəkib, müzakirəyə çıxarılmış məsələlərlə bağlı ortaq qərarların qəbul edilməsinin vacibliyi haqqında məlumat verib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov kitabın üz qabığı, cildlərinin fərqləndirici adları, bəzi dizayn məsələləri kimi razılaşdırılmalı məsələlərin qaldığını qeyd edib və onlarla bağlı öz mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

İclasda müzakirəyə çıxarılmış məsələlər üzrə ümumi fikir formalaşdırılıb, razılaşdırılmış qərarlar qəbul edilib.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə dəyərli töhfə olacağını qeyd edib.

Xəbər lenti