Logo

Fəlsəfə və Sosiologiya İnstitutunda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

30.03.2023 21:56 172 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

İnsitutdan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqrımlar nəticəsində həyatını itirmiş, vətənimizin ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxışında ermənilərin tarixən xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, soyqırımlarından danışıb: “31 Mart soyqrımı azərbaycanlılara qarşı ən amansız şəkildə həyata keçirilib. Bütün bunları tarix öz yaddaşında qoruyub saxlayaraq, tarixi yaddaşı heç vaxt unutmamağa sövq edir. Bu baxımdan bizlər öz elmi əsərlərimizdə, məqalələrimizdə bu məsələlərə daha geniş toxunmalı və onu dünyanın nüfuzlu jurnallarında dərc etdirməliyik. Bütün dünya tarixin yaddaşından süzülüb gələn gerçək həqiqətləri, ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman apardıqları məqsədyönlü soyqırımı siyasətinin dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının da öhdəsinə böyük vəzifələr düşür”.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları fəlsəfə üzrə fəlsəfə doktoru Şöhlət Zeynalov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “31 mart siyasi hüquqi baxış”, f.ü.f.d., Fikrət Nəbiyev, kiçik elmi işçi Ceyran Hüseynli “31 Mart – Azərbaycan xalqına qarşı tördilmiş qanlı cinayət”, f.e.d., professor Sakit Hüseynov, filologiya elmləri doktoru, dosent Afaq Əsədova və digər əməkdaşlar öz çıxışlarında tarixi faktlara istinad edərək ermənilərin ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımdan ətraflı bəhs ediblər.

Xəbər lenti