Logo

ADU-da “Heydər Əliyev və İntellektual potensialın inkişaf dinamikası” adlı tədbir keçirilib

30.03.2023 20:24 345 baxış
IMG

Azərbaycan Dillər Universitetində Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının b/m Rəna Əhmədova və  318 a qrup tələbələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və İntellektual potensialın inkişaf dinamikası” adlı tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Kafedra müdiri dos.S. Zamanova və b/m Rəna Əhmədova Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışıblar.

Tələbələr Arzu Abdullayeva, Ziba Mirzəli və Aytən Hüseyinzadə Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı təqdimatla çıxış ediblər.

Tələbələrin ifasında Ulu Öndərə həsr edilmiş mahnı və şeirlər səsləndirilib.

Sonda qonaqlar da Ulu Öndərin fəaliyyəti haqqında çıxış ediblər.

Tədbirdə rektor məsləhətçisi A. Osmanlı, Təhsil 1 fakültəsinin dekanı prof F. Cahangirov, kafedra müdiri S. Zamanova, prof. A. Hüseynov  və 320 a qrup tələbələri iştirak ediblər.

Xəbər lenti